Русский
Валюта AZN
İstidən və soyuqdan izolyasiya заказать в Баку
Заказать İstidən və soyuqdan izolyasiya
İstidən və soyuqdan izolyasiya
istidn_v_soyuqdan_izolyasiya
istidn_v_soyuqdan_izolyasiya

İstidən və soyuqdan izolyasiya

Уточняйте цену у продавца
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Описание

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

Poliuretan köpük

Poliueratan köpük – müasir, ekoloji cəhətdən təmiz, öz istilik izolyasiya xaraterinə malik unikal materialdır və çətin yanan materiallar qrupuna aiddir.

Köpük poliuretanın fərqləndirici xüsusiyyətləri yüngüllüyü, möhkəmliyi, aşağı koeffisientli istilik keçiriciliyi və nəm uduculuğu, mikroorqanizmlərə təsirə, çürüməyə, kiflənməyə, rütubət düşməsinə qarşı davamlılığıdır. Köpük poliuratanın yüngüllüyü montaj xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir, eləcə də tikinti və təmirin müddətini azaldır. Poliuratanın istilik izolyasiya xidmətinin müddəti 25 ildən çoxdur. Köpük poliuertan insan fəaliyyətinin bir çox sahələrində, sənaye və yaşayış binalarının inşasında istilik izolyasiyası qismində, eləcə də müxtəlif təyinatlı boru xətlərinin inşasında istilik və buxar izolyasiyası qismində, o cümlədən ev, balkon, döşəmələr üçün isidici qismində və dam örtüklərinin hidroizolyasiyası qismində istifadə edilir.

 

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

İzoterm

İzoterm, xarici üzlük üçün iysiz, nəfəs ala bilən, yanğına qarşı davamlı, yüksək örtürk gücünə malik, istiliklə təmin edən və səs keçirməyən örtükdür.

Bu tip örtüklər hər cür suvaq işlərnidə, ilkin fasad rənglənməsində, beton, metal və taxta sətlərdə istifadəedilir. Məhsul sudan yüngüldür, belə ki, xüsusi çəkisi 0.8 q/sm3 təşkil edir. İstlik izolyasiyasını və klassik istlikizolyasiaysı piltələri ilə ekvivalent izolyasiyanı təmin edir. Nəfəs almaq qabiliyyəti hər zaman içəriyə rütubətin sızmasının, kiflənmənin, göbəliyin, qabarmanın qarşısını alır. Su uzaqlaşdırıcı və izolyasiya xüsusiyyətləri tikilini xarici amillərin təsirindən qoruyur.

Tam quruma saatı 24 saat təşki edir.

Zərbəyə qarşı davamlıdır və deformasiyaya uğramır.

Çoxfunksionallı və asan tətbiq edilə biləndir.

Səs keçirmir.

 

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

EPS- İstidən və soyuqdan izolyasiya məhsulu

EPS istifadə etməklə binaların isidilməsi və soyudulmasına sərf edilən enerji qənaəti maksimuma endirilir(60%). Zaman keçdikcə ovulmur, çürümür, korroziyaya uğramır və paslanmır, asan kəsilir və istifadə olunur, fiziki xüsusiyyətlərini zaman keçdikcə itirmir, yüksək suyu və nəmi dəfetmə xüsusiyyətinə malikdir. 

İstifadə edilən məkanlar: çöl divarların xaricdən istilik izolyasiyası məqsədilə istifadə olunur.

Ekspand Polistren Köpük (EPS)
  • Polistiren xammalının, su buxarı ilə təması nəticəsində, xammal qranulalarının içərisində olan pentan qazının qranulaları şişirməsi və bir-birlərinə yapışdırması ilə meydana gəlir.
  • Tətbiq olunma yeri və məqsədinə görə müxtəlif ölçü və texniki xüsusiyyətlərdə, fərqli formalı kənar və səth şəkillərində lövhə və qəlib olaraq istehsal olunmaqdadır.
  • İstilik izolyasiyası və qablaşdırma məqsədilə istifadə olunur.
  • İstilik keçirmə dəyəri λ ≤ 0,040 W/mK’dir.
  • Su buxarı diffuziyasına qarşı müqavimət faktoru μ = 20-100’dür.
  • İstifadə olunma temperatur intervalı -50/+75°C aralığındadır.
  • Kapilyar əmiciliyi yoxdur.
  • Asit və əsəs kimyəvi maddələrə davamlı olsa da, baca qazları, metan qrupu qazları, benzin qrupu, efir və amin qrupu kimyəvi maddələrinə qarşı həsasdr.
  • Günəşin ultra bənövşəyi işıqlarına qarşı həssasdır.
  • TS EN 13501-1’standartına görə E və F kateqoriyalıdır.
  • BVQI tərəfindən ISO 9001 Keyfiyyət Etibarlılıq Sistemi, ISO 14001  Ətraf Mühit İdarəetmə Sistemi və OHSAS 18001 İşçi Sağlamlığı və İş Təhlükəsizlik İdarəetmə Sistemi Sertifikatlarına malik müəssisələrdə istehsal olunmaqdadır.
  • TS 7316 EN 13163 Standartına təbii EPS məhsullar, İnşaat Materialları İdarəçiliyi (89/106/EEC) çərçivəsində CE işarəsi daşımağa hazırdır.
 

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

İSTİDƏN VƏ SOYUQDAN İZOLYASİYA

XPS - (Ekstrude Polistiren Köpük)

XPS istifadə etməklə binaların isidilməsi və soyudulmasına sərf edilən enerjiqənaəti maksimuma endirilir(60%), binaların atmosferik şərtlərə qarşı qorunaraq, divarların istilik fərqindənəmələ gələn genişlənmə və yığılma kimi fiziki dəyişikliklərin qarşısının alınması təmin edilir, zaman keçdikcə ovulmur, çürümür, korroziyaya uğramır və paslanmır, asan kəsilir və istifadə olunur, fiziki xüsusiyyətlərini zaman keçdikcə itirmir, tikililərin ömrü boyu istilik izolyasiyanı təmin edir, yüksək suyu vənəmi dəfetmə xüsusiyyətinə malikdir. İstifadə edilən mekanlar: xarici divar istilik və soyuğa qarşı izolyasiya sistemlərində, torpaqaltı və subasma səviyyəsində istilik və soyuğa qarşı izolyasiya işlərində, tavan, daxilidivar və döşəmə işlərində.

XPS
  • Polistiren xammalından ekstruziya yolu ilə istehsal olunur
  • Tətbiq olunma yeri və məqsədinə görə ölçü və basma müqavimətində, fərqli formalı kənar və səth şəkillərində lövhə olaraq istehsal olunmaqdadır.
  • İstilik izolyasiyası məqsədilə itifadə olunmaqdadır.
  • İstilik keçirmə dəyəri λ ≤ 0,035 W/mK’dır.
  • Su buxarı diffuziyasına qarşı müqavimət faktoru µ=90-100’dür.
  • İstifadə olunma temperatur intervalı -50/+75ºC aralığındadır.
  • %100 qapalı məsaməli homogen hüceyrə quruluşuna sahib olmaqla tərkibinə su buraxmır.
  • Kapilyar əmiciliyi yoxdur.
  • Basma davamlılığı çox yüksəkdir.
  • TS EN 13501-1’standartına görə E kateqoriyalıdır.
  • Owens Corning USA Hydrovac lisenziyası ilə istehsal olunmaqdadır.
  • BVQI tərəfindən ISO 9001 Keyfiyyət Etibarlılıq Sistemi, ISO 14001  Ətraf Mühit İdarəetmə Sistemi və OHSAS 18001 İşçi Sağlamlığı və İş Təhlükəsizlik İdarəetmə Sistemi Sertifikatlarına malik müəssisələrdə istehsal olunmaqdadır.
Связаться с продавцом
İstidən və soyuqdan izolyasiya
İstidən və soyuqdan izolyasiya
Сравнить0
ОчиститьВыбрано позиций: 0