Русский
Валюта AZN
Керамзит купить в Сумгайыт
Купить Керамзит
Керамзит

Керамзит

В наличии
Уточняйте цену у продавца
Доставка:
Продавец
Азербайджан, Сумгайыт
(Показать на карте)
+994 
Показать телефоны
Технические характеристики
  • БрендАзкерамзит
  • Страна производительАзербайджан
Описание

Keramzit nədir?

Keramzitin nə olduğunu anlamaq üçün, ilk növbədə bizə onun tərkibini və istehsal xüsusiyyətlərini öyrənmək lazımdır. Keramzitin istehsalı üçün əsas xammal gildir. Onun tərkibi və keyfiyyət xüsusiyyətləri bir çox halda istehsal edilmiş keramzitin keyfiyyətini də müəyyən edir. Biz öz istehsalımızda unikal yataqda çıxarılan xüsusi gildən istifadə edirik. Yüksəkkeyfiyyətli xammaldan və orijinal emal texnologiyasından istifadə sayəsində biz Rusiya üçün rekord olan keramzitin tökmə sıxlığına dair göstəricilər əldə etmişik (400 mq/m3-dən 160 mq/m3 qədər.). Məlum olduğu kimi yüngüldürsə demə istidir. Axı keramzitin yüngüllüyü hər qranulun içərisində hava məsamələrinin olması ilə təmin edilir, belə ki bu hava məsamələri belə keramziti yaxşı istilik izolyasiya xüsusiyyətləri ilə təmin edir.

Bəs gil hansı yolla keramzitə çevrilir?

Zavoda daxil olan gil konusa yığılır, buradan da o buldozerlərlə toplanaraq sexə verilir. Məhz burada gilin bir neçə mərhələdən ibarət olan emal prosesi başlayır:

  1. Gilyumşaldan maşında üyüdülmə
  2. Gilin daşayırıcı xırdalayıcılarda təmizlənməsi
  3. Gilin dəlikli xırdalayıcılarda kəsimi
  4. Gilin 10000C yüksək temperaturda bişirildiyi fırlanan sobaya ötürülməsi.
  5. Əldə edilmiş qranulların soyuducu kamerada soyudulması

6.Keramzitin fraksiyaya çeşidləndiyi vibroələyə ötürülməsi.

Nəticədə biz müxtəlif ölçülü yüngül gil qranulları əldə edirik: 0-2 mm, 2-5mm, 5-10mm, 10-20mm və 20-40mm.

Keramzit nəyə görə belə qiymətlidir? Keramzit -istehsalında heç bir süni qatışıqlardan tamamilə istifadə olunmayan materialdır. Yalnız gildən ibarədir. Çoxlu temperaturların təsiri sayəsində köpmüş qranullar bir sıra xüsusiyyətləri əldə edirlər, xüsusilə:

-Əla istilik və səs izolyasiya, möhkəmlik və uzunömürlülük, şaxtayadavamlılıq, rütubətədavamlılıq, odadavamlılıq, yüngüllük.

Keramzitin sadalanan bütün bu qiymətli keyfiyyətləri bir çox sahələrdə öz istifadəsini tapır:

Keramzitbeton blokların istehsalı, "isti" hörgü məhlulu.

Döşəmələrin, özülün, divarların və dam örtüyünün isidilməsi və izolyasiyası, yolların, körpülərin, bəndlərin və digər konstruksiyaların inşası. Boru kəmərlərinin istilik izolyasiyası, suyun filtrasiyası. Bitkiçilik

Biz sizə beş müxtəlif fraksiyalı keramziti təqdim etmək istərdik.

20-40 mm keramzit fraksiyalı çınqıl

20-40 mm fraksiyaya malik keramzit ən az tökmə sıxlığına malikdir və məhz buna görə də çardaq məkanlarının, özüllərinin, zirzəmilərinin, yəni daha çox istilikziolyasiya qatının tələb olunduğu yerlərin doldurulması üçün istifadə edilir. Bu fraksiyalı keramzit iri ağacların və kolluqların çıxarılıb başqa yerə əkilməsi zamanı drenaj qismində də əlverişlidir.

Göstərici, ədədlər

Tökmə sıxlığı üzrə markası, kq/m3 M250

Möhkəmlik üzrə markası, MPa 0,5-07

İstilikkeçirmə əmsalı, Vt/mC 0,045-0,06

Şaxtayadavamlılıq, tsikllər F15

10-20 mm keramzit fraksiyalı çınqıl

10-20 mm fraksiyalı keramzit dam örtüyü, evin quyuvarı hörmə ilə tikildiyi zaman taxta döşəmə və divarlar üçün qızdırıcı qismində daha geniş istifadə olunur. O küçə su borularının, kanalizasiya sistemlərinin və digər kommunikasiyaların inşasında əvəzedilməzdir.

Göstərici, ədədlər

Tökmə sıxlığı üzrə markası, kq/m3 M250

Möhkəmlik üzrə markası, MPa 0,5-07

İstilikkeçirmə əmsalı, Vt/mC 0,045-0,06

Şaxtayadavamlılıq, tsikllər F15

5-10 mm keramzit fraksiyalı çınqıl

Bu fraksiyalı keramzit ən tələbatlı inşaat materiallarından biridir.

Bu onun çox geniş tətbiq sahəsinin olması ilə şərtlənib. Birincisi, 5-10 fraksiyalı keramzit alman texnologiyası üzrə "isti" döşəmələrin qurulmasında, yəni gipslifli təbəqələrin (GLT) altında tökmə material qismində istifadə edilir. İkincisi, keramzitin bu fraksiyasından unikal texnologiya əsasında evlərin fasadlarının isidilməsi zamanı istifadə olunur: keramzit müəyyən miqdarda sementlə qarışdırılır və daşıyıcı konstruksiya ilə üzçəkmə qatı arasındakı boşluğa tökülür. Bu istilikizolyasiya qatı "kapsimet" adlanır. Üçüncüsü, 5-10 fraksiyalı keramzit beton məhsulların və konstruksiyaların istehsalında əvəzedilməzdir. Bu halda ondan doldurucu maddə qismində istifadə edilir. Məhz bu qaydada keramzitin bütün dəyərli keyfiyyətlərinə malik keramzitbeton bloklar hazırlanır.

Göstərici, ədədlər

Tökmə sıxlığı üzrə markası, kq/m3 M250

Möhkəmlik üzrə markası, MPa 0,5-07

İstilikkeçirmə əmsalı, Vt/mC 0,04-0,06

Şaxtayadavamlılıq, tsikllər F15

2-5 mm keramzit fraksiyalı qum

Qranullarının ölçüsü 5 mm az olan keramzit -keramzit qum adlanır. Ondan əsasən döşəmələr üçün sement qarmaqların qurulmasında istifadə olunur. Keramzit qum əsaslı döşəmə qarmağı nəinki döşəməni bərabərləşdirməyə, həm də onu daha isti etməyə imkan verir.

Belə keramzit fraksiyası müxtəlif beton məmulatlarının hazırlanmasında da istifadə olunur. Keramzit qumdan bitkiçilikdə drenaj qismində, eləcə də doldurucu qismində hidropon sistemlərin qurulmasında geniş istifadə edilir.

Göstərici, ədədlər

Tökmə sıxlığı üzrə markası, kq/m3 M400

Möhkəmlik üzrə markası, MPa 1,5-2

İstilikkeçirmə əmsalı, Vt/mC 0,09-0,12

Şaxtayadavamlılıq, tsikllər F15

0-2 mm keramzit fraksiyalı qum

Bu fraksiyadan olan keramzit qum-isti hörgü məhlulunun əvəzolunmaz komponentidir. Keramzit qum əsasında hazırlanmış məhlulun istilikkeçirmə əmsalı adi qumsement məhlulundan 4 dəfə aşağıdır, bu da hörgüdə soyuq "körpücüklərin" mövcudluğunu istisna edir.

Göstərici, ədədlər

Tökmə sıxlığı üzrə markası, kq/m3 M450

İstilikkeçirmə əmsalı, Vt/mC 0,1-0,13

Şaxtayadavamlılıq, tsikllər F15

Связаться с продавцом
Керамзит
Керамзит
Способы доставки
Сравнить0
ОчиститьВыбрано позиций: 0