Русский
Валюта AZN
Mühafizə siqnalizasiyası заказать в Баку
Заказать Mühafizə siqnalizasiyası
Mühafizə siqnalizasiyası

Mühafizə siqnalizasiyası

Уточняйте цену у продавца
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Описание

Oğurluq problemləri bütün dövrlərdə mövcud olub və əmlakın mühafizəsi və təhlükəsizliyin təşkil olunması ilə bağlı mübarizə həmişə aparılıb. Əvvəllər mühafizə üçün qıfıllar, yüksək hasarlar, itlər, mühafizəçilər, mexaniki tipli tələlər kimi vasitələr tətbiq edilirdi. Lakin texniki imkanların inkişafı ilə bizim həyatımıza daha effektiv vasitələr, məsələn, cinayətkarın mühafizə sisteminin quraşdırıldığı obyekt ərazisinə sanksiyalaşdırılmamış girişi haqqında obyekt sahibini dərhal xəbərdar edən mühafizə siqnalizasiyası daxil oldu. Bu cür siqnalizasiyalar təkcə ev və ərazilər deyil, həm də nəqliyyat vasitələri və digər əmlak obyektlərinin mühafizəsi üçün tətbiq edilməyə başlandı. 

 

 

Mühafizə siqnalizasiyaları üçün ötürücülər 

Bu gün mühafizə sistemləri üçün hansı ötürücülərindən daha çox istifadə olunur və obyektin mühafizəsinin konkrekt zonası üçün hansı ötürücünün seçilməsi daha məqsədəuyğundur?

  • Sanksiyalaşdırılmamış girişə reaksiya vermək üçün istilik şüalarını tutan sensor prinsipi ilə işləyən yüksək həssaslığa malik PIR-ötürücülərdən istifadə olunur. İstilik sahəsinin ölçüsünü fərqləndirməyə və heyvan və insanların hərəkətini təyin etməyə qadir modellər mövcuddur. Lakin təcrübəli oğrular bu cür ötürücüləri aldada bilir, buna görə də mühafizə siqnalizasiyasının təşkili zamanı daha çox zəmanət üçün müxtəlif növ ötürücülərin tətbiqi daha yaxşı nəticə verir
  • Gerkon-ötürücülər və ya maqnit kontaktlı ötürücülər daha çox çıxışda istifadə olunur və maqnitlərin qarşılıqlı təsiri prinsipi əsasında işləyirlər. Məsələn, darvaza açıldıqda ötürücülər maqnit əlaqəsini itirir və idarəetmə panelinə girişin pozulmasına dair siqnal ötürürlər. Bu tip ötürücülər qiymət baxımından münasib və çox etibarlı olurlar, lakin savadlı və təcrübəli cinayətkar ötürücülərin təsir yerlərini müəyyən edə və onlardan yayına bilir
  • Akustik tipli ötürücülər səslərə reaksiya verir və onların diapazon və tipini fərqləndirir. Dəqiq iş və səslərin düzgün müəyyən edilməsi sayəsində bu cür ötürücülər şüşənin sınmasına reaksiya verir və sirena siqnalı verirlər
  • Növbəti ötürücü tipi – divarları sınmadan, qapılar, seyfləri açılmadan, pəncərələri qırılmadan qoruyan vibrasiyalı ötürücülərdir. Bu cür ötürücülər vibrasiyaya reaksiya verir, lakin tənzimlənməsi kifayət qədər mürəkkəb olduğundan, onlar çox zaman qeyri-effektiv olur.
  • Ultrasəs ötürücülər – daha bir etibarlı ötürücü tipi olaraq, ultrasəs tipli titrəyişlərə reaksiya verirlər
  • Şüalı ötürücülər çox zaman ərazi perimetrinin mühafizəsi üçün tətbiq edilir, onlar daha bahalıdır
  • Tutum tipli ötürücülər bahalı tiplərə aiddir və sənədlər, pul, seyflər və digər əşyalar kimi qiymətli obyektlərin mühafizəsi üçün istifadə olunurlar. Bu cür ötürücü obyektin ətrafında sahə formalaşdırır və sanksiyalaşdırılmamış giriş nəticəsində onun tutumunun dəyişməsinə reaksiya verir.
  • İstiqamətləndirilmiş aşkarlama diafraqmasına malik İK-ötürücü

 

Qeyd etmək lazımdır ki, hər bir ötürücü tipinin öz müsbət, eləcə də bəzi mənfi cəhətləri var, buna görə də obyektin keyfiyyətli mühafizəsi üçün bir neçə ötürücü tipindən ibarət kompleksdən istifadə etmək tövsiyə olunur.

Связаться с продавцом
Mühafizə siqnalizasiyası
Mühafizə siqnalizasiyası
Сравнить0
ОчиститьВыбрано позиций: 0