Русский
Валюта AZN
Nqt заказать в Баку
Заказать Nqt
Nqt

Nqt

Уточняйте цену у продавца
Продавец
Азербайджан, Баку
(Показать на карте)
+994 
Показать телефоны
Услуги других компаний
Описание

"Neftqaztikinti" Tresti Xəzər dənizinin dərinliklərində və quruda neft-qaz yataqlarının abadlaşdırılması və neft-qaz hasilatının inkişaf etdirilməsinə xidmət göstərən vacib obyektlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin 12 mart 2007-ci il tarixli, 51 saylı və 14 mart 2007-ci il tarixli, 61 saylı əmrləri ilə 31 oktyabr 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 07 may 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" Trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.Dünya praktikasında açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları" rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə Trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılmışdır.Hal-hazırda Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:

· Dənizdə (150m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;

· Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;

· Yeraltı qaz saxlama anbarlarının tikintisi;

· Dəniz estakadalarının tikintisi (0-30m);

· Liman və liman qurğularının tikintisi;

· Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;

· Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;

· Yataqların elektrik təchizatı sisteminin qurulması;

· Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;

· Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;

· Metal konstruksiyaların korroziyadan mühafizə işləri;

· Mülki tikinti;

· Dəmir-beton məmulatlarının istehsalı;

· Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması;

· Metal-konstruksiyaların yığılması;

· Asfalt-beton istehsalı;

· Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;

· Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;

· Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;

· Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.

Связаться с продавцом
Nqt
Nqt
Советуем посмотреть
Сравнить0
ОчиститьВыбрано позиций: 0